Təbriz Mərkəzi Həbsxanasında cəzasını çəkən azərbaycanlı siyasi fəal Yuruş Mehrəlibəyqlu yeni işdə 3 il 7 ay təzir həbs cəzasına məhkum edilib.
Alınan məlumata görə, hökm “quruluşa qarşı təbliğat” və “insanları etirazlara təhrik etmək, müharibə və qırğına çağırış” kimi ittihamlarla bağlı çıxarılıb.
Cənab Mehrəlibəyqlu 1404-cü ilin dey ayında (2025-ci ilin dekabr – 2026-cı ilin yanvar) Təbrizdə saxlanılıb və üç aydan artıq sorğudan sonra şəhərin Mərkəzi Həbsxanasına aparılıb. O, bundan əvvəl başqa işdə 9 il 9 ay təzir həbs cəzasına məhkum edilmişdi.
Yeni hökmlə Yuruş Mehrəlibəyqlunun ümumi cəzası 13 il 4 ay təzir həbsə çatıb.



